Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal
Atütürkün vəfat etdiyi gündür. 1881-ci ildə Salonikidə anadan olan
Atatürk 1938-ci ilin 10 noyabr tarixində İstanbulda vəfat
edib.
Publika.az Atatürk haqda ən maraqlı məlumatları
təqdim edir:
"Ata" sözünü sevmirdi
"Atatürk" sözünü ilk dəfə Türk Dil Qurumunun rəhbəri bir çıxışından
səsləndirib. Mustafa Kamal da bu sözü çox bəyənib və soyad olaraq
götürüb. Ona "Ata" deyə xitab edilməsini heç vaxt xoşlamayıb.
Ən böyük xəyalı
Ömrü vəfa etsəydi, ən böyük xəyalı dünya turuna çıxıb türk dili və
tarixi ilə bağlı araşdırmalar aparmaq idi.
Həmişə yanında gəzdirdiyi kitab
Kitabxanasında minlərlə kitab var idi. Lakin onalrın arasında ən
çox sevdiyi və həmişə yanında gəzdirdiyi Rəşad Nuri Güntəkinin
"Çalıquşu" romanı olub.
Bütün köynəkləri ağ olub
Köynəklərinin hamısının rəngi ağ idi. Əvvəlcə İsveçrədə xüsusi
olaraq tikilirmiş. Lakin sonradan yerli mal istehsalını dəstəkləmək
üçün Bəyoğlunda (İstanbulun məşhur məhəlləsi) bir dərziyə
tikdirib.
Atatürkə görə intihar edən qız
Atatürkü sevən Fikriyə adlı bir xanım olub. O, həm də Mustafa Kamal
ilə qohumluq əlaqəsinə sahib idi. Bir gün Atatürkün Lətifə xanımla
evləndiyini eşidir və Çankaya köşkünə gəlir. Lakin Lətifə xanım onu
köşkdən uzaqlaşdırır və içəri keçməsinə icazə vermir. Buna görə də
o, elə Çankaya köşkünün önündə intihar edir. Fikriyə xanımın
tapança ilə vurulması iddiaları da var.
Siqaret çəkmək üçün hansı hiyləyə əl atıb?
Atatürk ölümünə səbəb olan xəstəliyinin başlandığı dövrdə həkim
müayinəsindən keçir. Həkimi Fissinger gündə neçə qutu siqaret
çəkdiyini soruşur. Atatürk "səkkiz" deyir. Həkim bunu iki qutuya
endirməyi tövsiyə edir. Atatürk də gülümsəyərək, "Onsuz da iki qutu
çəkirdim. Bundan sonra bunu sizin icazənizlə edəcəm" deyir.
Asif