Ordu və hərbi texnika ÖN CƏBHƏYƏ YERİDİLDİ - Müharibə hər an başlaya bilər - VİDEO

Ordu və hərbi texnika ÖN CƏBHƏYƏ YERİDİLDİ - Müharibə hər an başlaya bilər - VİDEO
14:48 19 May 2017
168 Dünya
Ölkə mətbuatı
A- A+

Ərdoğanın ABŞ-da “YPG və PYD-dən (PKK-nın Suriya qolu) Türkiyəyə hər hansı bir hücum olarsa, heç kimdən soruşmadan “angajman qaydalarını” (hərbi gücün tətbiqi tətbiq edəcəyik” mesajından sonra Türkiyə Silahlı Qüvvələri hərəkətə keçib.

Publika.az
xəbər verir ki, Türkiyə Oordusu istənilən hücum təhlükəsinə qarşı hər cür əməliyyatlar üçün hazır vəziyyətə gətirilib.

“Anadolu” agentliyinin hərbi mənbələrdən əldə etdiyi məlumata görə, Suriya və İraq sərhədində terror təşkilatı PKK/YPG/PYD-dən hələ biləcək mümkün hücuma sərt cavab veriləcək. Hərbi Hava Qüvvələri Komandanlığı hava əməliyyatlarına, quru qoşunlar isə yerüstü əməliyyatlara hazırlanıb. Əməliyyatların sərhəddən uzaqda, yəni Suriya və İraqda keçiriləcəyi də mümkündür. Quru qoşunlarının bəzi birlikləri sərhəd bölgəsinə yerləşdirilib.

Təhlükəsizlik üzrə mütəxəssis Abdullah Ağar da Türkiyə Silahlı Qüvvələrinin hərbi texnikanı sərhəddə ön cəbhəyə yerləşdirdiyini açıqlayıb. Onun sözlərinə görə, əməliyyatlar hər an başlaya bilər.

“Əməliyyat hazırlığı var. Əgər sərhədə qoşun və texnika yeridilirsə, bunun mütləq nəticəsi olacaq”, - deyə o bildirib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199420.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR