“CDB Bank”ın kartları “Atabank”ın kartları ilə əvəz olunacaq

“CDB Bank”ın kartları “Atabank”ın kartları ilə əvəz olunacaq
15:07 19 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ “Caspian Development Bank” ASC-yə (“CDB Bank”) məxsus plastik kartlar istifadə müddətindən asılı olmayaraq bu ayın sonuna qədər aktiv olacaq.
“Report”un əldə etdiyi məlumata görə, gələn aydan həmin kartlar bankın birləşmə prosesində olduğu “Atabank” ASC-nin kartları ilə əvəz olunacaq.
Xatırladaq ki, iki bankın birləşməsinə ötən ay qərar verilib. Qərara əsasən, birləşmə nəticəsində yaranacaq yeni bank “Atabank” adı ilə bazarda fəaliyyətini davam etdirəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/cdb-bank-in-kartlari-atabank-in-kartlari-ile-evez-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR