Niran Ünsal və Burak Kut Bakıya gələcək

Niran Ünsal və Burak Kut Bakıya gələcək
15:27 19 May 2017
69 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ Türkiyənin tanınmış ifaçıları Niran Ünsal və Burak Kut Bakıya gələcək.
Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və turizm müşavirliyindən “Report”a verilən məlumata görə, müğənnilər mayın 20-21-də Sabir bağında keçiriləcək Türkiyənin Mədəniyyət günlərində çıxış edəcəklər.
Sənətçilər bazar günü, gecə saat 21:00-da pərəstişkarları ilə görüşəcəklər.
Qeyd edək ki, tədbirin açılış mərasimi sabah saat 18:00-da baş tutacaq. Mərasimdə Türkiyənin Azərbaycandakı səfirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin rəsmi nümayəndələri, media mənsubları və çoxsaylı qonaqlar iştirak edəcəklər.



Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/niran-unsal-ve-burak-kut-bakiya-gelecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR