ABŞ-dan təhlükəli həmlə: daha birini göndərir

ABŞ-dan təhlükəli həmlə: daha birini göndərir
15:58 19 May 2017
85 Dünya
Ölkə mətbuatı
A- A+

Vaşinqton Şimali Koreya və ABŞ arasında nüvə gərginliyini artıracaq yeni bir addım atır.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, “USS Carl Vinson”dan sonra “USS Ronald Reagan” təyyarədaşıyan gəmi də Koreya yarımadası sahillərində hərbi təlimlərə qatılacaq.

“USS Ronald Reagan” təyyarədaşıyan gəmisinin Koreya yarmadası sahillərinə göndərilməsi barədə qərar Şimali Koreyanın yeni raket sınağından sonra verilib.

Şimali Koreyanın ən uzun mənzilli raketi olan “Hwasong-12”-nin atışı mayın 14-də həyata keçirilib. Nüvə başlığı daşıya bilən raket 2 min 100 kilometr yüksəkliyə çataraq 787 kilometr məsafəni qət edib və Yaponiyanın qərb sahillərinə düşüb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR