Yəməndə bu qorxunc xəstəlikdən ölənlərin sayı artır - 242 nəfər

Yəməndə bu qorxunc xəstəlikdən ölənlərin sayı artır -  242 nəfər
16:05 19 May 2017
25 Dünya
Ölkə mətbuatı
A- A+

Yəmənin 18 əyalətində tüğyan edən vəba epidemiyası səbəbindən ölənlərin sayı 242 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı ölkə ərazisində 24 minə yaxın adamın bu xəstəliyə yoluxma ehtimalının olduğunu bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl paytaxt Sənada epidemiya ilə əlaqədar fövqəladə vəziyyət elan edilmişdi.

Yəmən hakimiyyəti vəba epidemiyası təhlükəsi barədə ilk dəfə 2016-cı ilin oktyabrında məlumat verib.

Məlumata görə, yoluxma riskinin yüksək olduğu bölgələrdə ümumilikdə 7,6 milyon adam yaşayır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/546489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR