"Blooming" adlı sərgi keçiriləcək

Türkiyədə fəaliyyət göstərən rəssam Emil Əzizin Bakıda "Blooming" adlı fərdi sərgisi açılacaq.

Metbuat.az xəbər verir ki, mayın 20-dən"Art Bahar festivalı çərçivəsində "Port Mall" qalereyasında təşkil olunacaq sərgidə rəssam yeni əsərlər kolleksiyasını təqdim edəcək. Çiçəklənmə, təbiətin rennessansı, parlaq ləkələrlə ifadə olunmuş anlar - bütün bunlar "Blooming" ekspozisiyasının əsas ideyasıdır. Sərgi mayın 31-dək davam edəcək.

YUNESKO nəzdində Beynəlxalq Təsviri İncəsənət Assosasiyasının üzvü olan Emil Əzizin əsərləri Lissabon, Paris, Praqa, İstanbul, Dehli kimi şəhərlərdə təşkil olunan sərgilərdə nümayiş olunub.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR