​Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlər

Şəxsiyyət vəsiqəsi hansı hallarda və hansı yaşda dəyişdirilməlidir?

Bu barədə Metbuat.az-a açıqlama verən vəkil Asif Abdullayev bildirib ki, vətəndaş aşağıda qeyd olunan hallar baş verərsə, şəxsiyyətini dəyişə bilər:

“25, 35, 50 yaşa çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişdirildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişdirməlidir.

Rüsumlar :
On gün müddətində dəyişdirildikdə - 5 manat

Üç iş günü müddətində dəyişdirildikdə - 25 manat

Bir iş günü müddətində dəyişdirildikdə - 35 manat

Şəxsiyyət vəsiqəsi itdikdə onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir.

Şəxsiyyət vəsiqəsinin itirilməsinə və ya qəsdən korlanmasına görə "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi"nə əsasən 30 manat miqdarında cərimə edilir”.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR