İsraillilər və fələstinlilər danışıq prosesində müvəffəqiyyətə nail olacağı halda, Rusiya öz səfirliyini Qüdsə (Yerusəlim) köçürməyə hazırdır.
Publika.az xəbər verir ki, bu haqda “İnvestiya” nəşri Rusiya diplomatik dairələrindəki mənbələrə istinadən bildirib.
“Rusiya diplomatik nümayəndəliyin köçürülməsi haqqında yalnız ondan sonra danışacaq ki, Fələstin-İsrail münaqişəsi nizama salınacaq və ya danışıqlar prosesində müsbət irəliləyiş müşahidə olunacaq”, - mənbələr deyiblər.
İsrailin Yerusəlim işləri üzrə naziri Zeev Elkin və İsrailin baş naziri daha əvvəl bildirib ki, bütün dövlətlər öz səfirliklərini Yerusəlimə köçürməlidir.