2 oğlu olan azərbaycanlı xanım meyxanaçıya türk futbolçu ELÇİ GƏLDİ

2 oğlu olan azərbaycanlı xanım meyxanaçıya türk futbolçu ELÇİ GƏLDİ
17:19 19 May 2017
115 Digər
Ölkə mətbuatı
A- A+

 

Son günlər internetdə ən çox dinlənilənlər arasında olan meyxanaçı Mətişə evlilik təklifi gəlib. Bu barədə meyxanaçı Lent.az-a açıqlamasında deyib. O bildirib ki, təklifə müsbət yanaşmayıb: “Bu yaxınlarda türkiyəli futbolçudan evlilik təklifi aldım. Hətta elçi də gəldi. Amma iki oğluma görə bu təklifə müsbət cavab vermədim. O futbolçunun adını açıqlamaq istəmirəm. Çünki deyəcəklər ki, Mətiş özünü  onunla reklam edir. Evlilik təklifi çox alıram, amma bunu heç zaman dəyərləndirməyəcəm”.

 

Qeyd edək ki, xanım meyxanaçı ötən ay Lent.az-a açıqlamasında uğursuz evliliyindən danışaraq bildirmişdi ki, həyat yoldaşından ayrılandan sonra sənətə gəlib.

 

Qeyd edək ki, Mətiş Naxçıxanının yeganə meyxana deyən xanımıdır. Onun 9 və 6 yaşında oğlu var. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274965

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR