Masallıda 20 yaşlı qadın özünü körpüdən atıb

20 yaşlı qadın özünü körpüdən ataraq intihara cəhd edib.

Məlumata əsasən hadisə Masallı şəhəri ilə İsgəndərli kəndini birləşdirən, Viləş çayı üzərindəki körpüdə baş verib. İsgəndərli kəndində yaşayan 1997-ci il təvəllüdlü Ruqayyə İlqar qızı Cavadova özünü körpüdən ataraq intihara cəhd edib. Qadın Masallı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu deyilir.

R.Cavadovanın ailəli olduğu, intihara cəhdə səbəb kimi ailədə yaranan problemlər göstərilir.

Faktla bağlı araşdırma aparılır. //APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR