Ərdoğan cangüdənini yanına çağırdı, nəsə dedi və...

Ərdoğan-Tramp görüşməsi öncə Türkiyənin ABŞ-dakı səfirliyi qarşısında Ərdoğan tərəfdarları ilə PYD terror təşkilatının tərəfdarları arasında yaranan insidentin detalları məlum olub.

Metbuat.az xəbər verir ki, “Dəmirtaşa azadlıq” plakatı daşıyaraq, Ərdoğan əleyhinə şüarlar səsləndirən etirazçıları dağıtmaq əmrini Ərdoğanın verdiyi iddia edilir.

Sosial şəbəkələrdə yayılan bir videoda prezidentin avtomobilindən enməzdən əvvəl cangüdənlərinə etirazçıları dağıtmaq təlimatı verdiyi əks olunur.

PKK tərəfdarlarının dağıdılmasından sonra isə Ərdoğan avtomobilindən enir.

Sözügedən videonu təqdim edirik:

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR