Keçən əsr təqdim edir: İnternetsiz və texnologiyasız yayılan milyonlarla xəbər... - FOTOLAR

Keçən əsr təqdim edir: İnternetsiz və texnologiyasız yayılan milyonlarla xəbər... - FOTOLAR
17:48 19 May 2017
67 Digər
Ölkə mətbuatı
A- A+

İlin əvvəlində 150 illik tarixə malik dünya mediaflaqmanı yeni strategiya təqdim etdi. Nəşrlərin zamanla ayaqlaşmağa kifayət etmədiyini qeyd edərək, bütün medianın tredləri qıraraq daha da irəliyə getməli olduğunu vurğuladı. Aydındır ki, digital mühit və texnologiyaların sürətli inkişafı nəşrləri kəskin şəkildə azaltdı. Müasir oxucular informasiyanı kağız səhifələrindən deyil, şəxsi virtual hesablarından oxumağa daha çox üstünlük verirlər.

Lakin bu danılmaz faktdır ki, bir zamanlar qəzet çapı son dərəcə güclü idi. Onun yaradılmasına nəhəng resurslar sərf edilirdi. Həmin dövrlərdə çoxsaylı redaksiyalar fəaliyyət göstərirdi. Tirajların sayı ağlasığmayacaq dərəcədə çox idi. Yaponiyada qəzet nəşrlər öz varlığını qoruyub saxlasa da, digər ölkələrdə texnologiya kağız nəşrləri sıxışdırıb aradan çıxartdı. İkinci Dünya Müharibəsi illəri ərəfəsində "The New York Times" qəzeti internet və heç bir rəqəmsal texnologiya olmadan yeni buraxılışlar dərc etməyə nail olmuşdu.

Publika.az sizə keçən əsrin texnologiyasız xidmət edən KİV-ləri təqdim edir:

Bu aparatın adı linotipdir. Onun vasitəsilə redaksiyaya daxil olan informasiyar mətn şəklində yığılırdı. İnformasiyalar metal lövhələrdə köçürülürdü. Daha sonra metal lövhələr mürəkkəblə isladılaraq kağızlara basılaraq çap olunurdu.

Radioçu xüsusi aparat vasitəsilə İkinci Dünya Müharibəsi ərəfəsində Hitlerin siyasətini dəstəkləmiş düşmən dövlətlərin təbliğat xarakterli məlumatlar yayımlayan radiostansiyalarını dinləyir.

Teleqraf agentliklərində mimeoqraflar. Aparatın ixtiraçısı Tomas Edison hesab edilir. Çikaqoda meşə sənayesi ilə məşğul olan biznesmen bu fakta uzun illər etiraz edib. O iddia edir ki, sürət dəzgahını ilk olaraq o, fikirləşib. Redaksiyalarda bu dəzgahdan nəşrlərin surətini çıxarmaq üçün istifadə edilib.

Redaksiyalarda şəxsi kabinetdə verilən məlumatlar əsasında xüsusi döyüş xəritələri hazırlanırdı.

ABŞ-da redaksiyalar artıq həmin dövrdə açıq xəbər otaqlarından (newsroom) ibarət idi. Bu təcrübə Azərbaycana və digər ölkələrə 2000-ci illərdə gəlməyə başladı.

Həftə sonu buraxılış üçün şəkilin bədii retuşunun hazırlanması.

Redaksiyada qaranlıq otaqlar fəaliyyət göstərir. Burada fotomüxbirlər qəzetin buraxılış nömrələri üçün uyğun şəkillər seçirdilər.

Məhz bu otaqda mütəxəssislər qəzetin səhifələrini nömrələyirdilər.

Mətbəə kağızdan ibarət böyük rulon barabanlar. Bir baraban rulondan təxminən 1,3 min qəzet nəşr olunurdu.

"The New York Times" qəzetinin hazır nəşrləri.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/199443.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR