Bərdədə partlayış: 2 yaralı

Bərdədə partlayış: 2 yaralı
18:23 19 May 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə şəhərində, kanalizasiya quyusunda partlayış baş verib.

Publika.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, hadisə Ədalət Ədilov küçəsi, ev 34 ünvanında qeydə alınıb. Həmin ünvandakı həyətin kanalizasiya quyusunda baş verən partlayış nəticəsində 1984-cü il təvəllüdlü Nüşabə Naibova və 40 yaşlı Niyaməddin Qarayev müxtəlif bədən xəsarətləri alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan onun vəziyyətinin orta ağır olduğunu bildiriblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/199449.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR