UEFA Gənclər Liqasına vəsiqə qazanan "Qarabağ" mükafatlandırılıb

UEFA Gənclər Liqasına vəsiqə qazanan "Qarabağ" mükafatlandırılıb
19:22 19 May 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ AFFA-nın 19 yaşadək futbolçular arasında təşkil etdiyi Azərbaycan çempionatına yekun vurulub. "Report"un məlumatına görə, XXXIII turda AZAL-la qarşılaşan və 7:0 hesabı ilə qələbə qazanan “Qarabağ” Liqanın qalibi olub. 
Oyun başa çatdıqdan sonra qalib komandaya qızıl medallar və çempionluq kuboku təqdim edilib.
Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov və “Qarabağ” Futbol Klubunun vitse-prezidenti Tahir Gözəl təqdim ediblər.

Qeyd edək ki, “Qarabağ”ın U-19 komandası yeni mövsümdə Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək. Komandanın baş məşqçisi Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovdur.



Xəbərin orijinal ünvanı: https://report.az/futbol/uefa-gencler-liqasina-vesiqe-qazanan-qarabag-mukafatlandirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR