Bakıda 25 yaşlı qadın döyüldü və zorlandı

Bakıda 25 yaşlı qadın döyüldü və zorlandı
20:22 19 May 2017
159 Digər
Ölkə mətbuatı
A- A+

Polisə zorlama ilə bağlı növbəti müraciət daxil olub. Zorlamanın qurbanı 25 yaşlı Bakı sakini olub.

Milli.Az bildirir ki, bu barədə Sputnik Azərbaycan-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib. Polisə şikayət edən şəxs Binə qəsəbəsindəki Südçülük Sovxozunda yaşayır. Şikayətçi bildirib ki, həftənin dördüncü günü (mayın 18-də) eyni ünvanda yaşadığı sevgilisi tərəfindən zorlanıb.

Zərərçəkmişin sözlərinə görə, qırx yaşlı kişi əvvəlcə onu döyüb, sonra isə zorlayıb. Faktla bağlı hələlik heç kəs saxlanılmayıb. Polis cinayətdə şübhəli bilinən şəxsin cinayət törədib-törətmədiyini araşdırır. Qeyd edək ki, bu ayın əvvəlindən başlayaraq Bakıda daha iki zorlama faktı qeydə alınıb və onlardan birinin üstü açılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/criminal/546569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR