Əfqanıstanda partlayış baş verib:

Əfqanıstanın Məhəmməd Ağa vilayətində partlayış baş verib.

Metbuat.az bildirir ki, hadisə nəticəsində 11 mülki şəxs dünyasını dəyişib. Onlardan 5-i uşaqdır.

Vilayət rəsmilərindən Nasir Aminin dediklərinə görə, yol kənarına yerləşdirilən bomba mülki vətəndaşları daşıyan avtomobil keçərkən partladılıb.

İnsidentə görə hələlik heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR