Liviyada bomba quraşdırılmış avtomobil partladılıb:

Liviyanın Benqazi şəhərində partlayış törədilib.

Metbuat.az-ın məlumatına görə, Benqazidə cümə namazından sonra partlayıcı qurğu quraşdırılmış avtomobil partladılıb.

İnsident nəticəsində aralarında ölkənin ən böyük tayfalarından El Avaqirin liderlərindən İbrayk El Avati də olmaqla, ümumilikdə 6 nəfər dünyasını dəyişib. Yaralıların sayı isə 11-dir.

Hələlik heç bir terror qruplaşması hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR