52 yaşlı kişini qardaşı döyüb

52 yaşlı kişini qardaşı döyüb
23:05 19 May 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə 52 yaşlı kişi qardaşı tərəfindən vəhşicəsinə döyülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saat 21:00 radələrində rayonun Aşağı Göynük kənd sakini, 1965-ci il təvəllüdlü Hüseyn Osman oğlu Zamanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.

Şəki MRX-dan bildirilib ki, reanimasiya şöbəsinə yerləşdirilən 52 yaşlı Hüseyn Zamanova açıq kəllə-beyn travması, sol təpə və alın nahiyəsinin kəsilmiş-çapılmış xəsarəti diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.
 
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Aşağı Göynük kəndi ərazisində baş verib. Hüseyn Zamanovla qardaşı arasında istintaqa hələ ki, məlum olmayan səbəbdən mübahisə düşüb. Mübahisə zamanı Hüseyn Zamanova qardaşı tərəfindən müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.
 
Hazırda hüquq-mühafizə orqanlar əməkdaşları hadisə ilə bağlı araşdırmaya başlayıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/546589.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR