Ucarda dəhşətli qəza - bir piyadanı iki maşın vurdu

Ucarda dəhşətli qəza - bir piyadanı iki maşın vurdu
23:49 19 May 2017
152 Digər
Ölkə mətbuatı
A- A+

Ucarda iki maşının iştirakı ilə vurulan  piyada hadisə yerində ölüb.  APA-nın yerli bürosunun xəbərinə görə,  hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas  magistral yolunun Ucar rayonunun Alpout kəndindən keçən hissəsində baş verib.

 

Sürücüsü hələlik məlum olmayan  20 DC 331 dövlət nömrə nişanlı "Skoda" markalı minik maşını yolu keçən piyada rayonun Alpout kənd sakini, 1970-ci il təvəllüdlü Bayram Mirzəhüseyin oğlu Kərimovu vurub.

 

Şahidlərin sözlərinə görə, hadisə törədən sürücü zərərçəkənə kömək etmək istəsə də Gəncə istiqamətdə yüksək sürətlə hərəkət edən "İkarus" markalı avtobus B. Kərimovun üstündən keçib və o,  maşını saxlamayaraq  hadisə yerindən qaçıb. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.  

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274987

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR