İsveçrənin Cenevrə şəhərində ABŞ-Rusiya-BMT arasında üçtərəfli görüş keçirilib. Görüş zamanı Suriya mövzusu müzakirə olunub.
Metbuat.az bildirir ki, BMT-nin baş katibinin Suriya üzrə elçisi Staffan de Mistura bu barədə məlumat verib:
"Suriya mövzusu başda olmaqla, bir neçə məsələni müzakirə etdik. Konstruktiv görüş olduğunu deyə bilərəm".
Hökumət və müxalifət təmsilçilərinin iştirakı ilə növbəti Suriya görüşü iyun ayına planlaşdırılıb.