Həsən Ruhani İrandakı prezident seçkilərində liderlik edir

Həsən Ruhani İrandakı prezident seçkilərində liderlik edir
07:07 20 May 2017
77 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 may. REPORT.AZ/ İranın hazırkı prezidenti Həsən Ruhani bu ölkədə keçirilmiş prezident seçkilərində liderlikl edir.
"Report" xəbər verir ki, bu barədə "Reuters" xəbər verib.
Xəbərdə bildirilir ki, Həsən Ruhani 37 milyon seçici səsinin hesablanmasına görə rəqiblərini qabaqlayıb.
Mənbə agentliyə bildirib ki, 40 milyonluq seçki bülleteninin 37 milyonunun hesablanmasına əsasən Ruhani 21,6 milyon seçici səsi toplayıb.
Səslərin sayına görə ikinci yerdə ayətulla İbrahim Raisi qərarlaşıb. O, 14 milyon seçici səsi toplayıb.
"Hər şey başa çatdı. Ruhani qalib gəlib"– deyə agentlik mənbəyinə istinadən bildirib. O, həmçinin qeyd edib ki, hələlik təxminən 4 milyona yaxın səs hesablanmayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/hesen-ruhani-i-randaki-prezident-seckilerinde-liderlik-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR