Telegram-da yenilik var

Telegram-da yenilik var
07:12 20 May 2017
Ölkə mətbuatı
A- A+

2013-cü ildə "VKontakte" sosial şəbəkəsinin qurucusu Pavel Durov "iOS" platformasında işləyən "Telegram" messencerini istifadəyə verib. 4 il müddətində servis bütün platformalarda əlçatan olub və istifadəçilərin rəğbətini qazanıb. Vaxt keçdikcə tərtibatçılar yeni funksiyalar əlavə etməklə messencerin imkanlarını genişləndiriblər. Bu günlərdə servisin fərdi kompüter versiyasında ən mühüm yeniliklərdən biri həyata keçirilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu yaxınlarda "Telegram" messenceri "VoIP" zəngləri (başqa istifadəçilərə səsli zənglər etmək imkanı) dəstəkləməyə başlayıb. Son yeniləmə nəticəsində xidmətin fərdi kompüter versiyasında da sözügedən funksiya istifadəyə verilib. Beləliklə, "Telegram" servisi "Skype" xidmətinin rəqibinə çevrilməkdədir.

Tərtibatçılar əmin edirlər ki, fərdi kompüterlər üçün son yeniləmə kompüter təlimi texnologiyasına əsaslanır, buna görə vaxt keçdikcə rabitə və səsin ötürülməsi keyfiyyəti daha da yaxşılaşacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/546103.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR