Audi və Volvo-da da Android olacaq

Audi və Volvo-da da Android olacaq
08:12 20 May 2017
Ölkə mətbuatı
A- A+

İsveçin "Volvo" və Almaniyanın "Audi" avtomobil istehsalçıları internet nəhəngi "Google" şirkəti ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində "Android" mobil əməliyyat sisteminin növbəti nəsil avtomobillərə inteqrasiyası nəzərdə tutulur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, mütəxəssislər smartfonun avtomobilə USB kabel vasitəsilə qoşulması ilə işləyən və qurğunun imkanlarından asılı olan "Android Auto" sistemindən istifadə əvəzinə, "Android"i  "Audi" və "Volvo" avtomobillərində əməliyyat sistemi kimi quraşdırmaq qərarına gəliblər.   

Beləliklə, avtomobilin informasiya və əyləncə sisteminin imkanları genişlənəcək. Smartfonda musiqini səsləndirmək və ya onu avtomobilə translyasiya etmək əvəzinə, istifadəçi musiqi üçün bütöv əlavəni birbaşa əyləncə sisteminə quraşdıra biləcək. "Volvo" nümayəndələrinin sözlərinə görə, "Android"in tətbiqi avtomobil sahiblərinə daha çox əlavələrdən yararlanmağa və köhnə avtomobillərin əməliyyat sisteminin yenilənməsini asanlaşdırmağa imkan verəcək.   

Bundan başqa, "Google" əməliyyat sistemindən avtomobilin bir neçə sistemi ilə əlaqə üçün istifadəni (Məsələn, kondisioneri, damda lyuku və ya pəncərələri idarə etmək) təklif edir.
 
Bu həftə "Google" "I/O" konfransında "Android" sisteminin avtomobillərə inteqrasiyası barədə ətraflı məlumat təqdim etməyi planlaşdırır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/546109.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR