Cocuq Mərcanlıda minalar aşkarlanıb - FOTO

Cocuq Mərcanlıda minalar aşkarlanıb - FOTO
08:17 20 May 2017
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən mayın 19-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 1 495 qəlpə, 2 ədəd partlamamış hərbi sursat (PHS) (30 mm-lik silah qumbarası (VOQ-17)), 3 ədəd piyada əleyhinə mina (OZM-72) və 8 ədəd tank əleyhinə mina (1 ədəd TM-57 minası və 7 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Milli.Az-a ANAMA-dan verilən məlumata görə, nəticə etibarilə 19 min 064 kvadratmetr ərazi tam təmizlənib, 28 min 100 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/546612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR