Filippin sahillərində 5,9 bal gücündə zəlzələ olub.
Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, yeraltı təkanlar yerli vaxlta saat 01:06-da, Bohol adasında, Lobok yaşayış məntəqəsindən 28 kilometr cənub-qərbdə qeydə alınıb.
Zəlzələ ocağı 521 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barəsində məlumat daxil olmayıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində