Sumqayıt Kimya Sənaye Parkı təşviqat materialları və çap məhsulları almaq istəyir

Sumqayıt Kimya Sənaye Parkı təşviqat materialları və çap məhsulları almaq istəyir
09:02 20 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında “Sumqayıt Kimya Sənaye Parkı” MMC təşviqat materialları və çap məhsullarının satınalınması ilə əlaqədar açıq tender elan edib.
“Report” şirkətə istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 450 manatdır.
İddiaçılar ilin sənədləri iyunun 29-na qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyulun 10-na qədər Parkın Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 37 ünvanında “Demirchi Tower” iş mərkəzində yerləşən ofisinə təqdim edə bilərlər. Əlaqələndirici şəxs Abbas Mamedovdur. Telefon: (012) 488-80-65.
Təkliflərə iyulun 11-də, saat 12.00-da qeyd olunan ünvanda baxılacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/senaye/sumqayit-kimya-senaye-parki-tesviqat-materiallari-ve-cap-mehsullari-almaq-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR