Ötən gecə 3 yanğın olub

Ötən gecə 3 yanğın olub
09:36 20 May 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ötən gecə 3 yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 112 m2 olan birmərtəbəli 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 45 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi isə Cəlilabad şəhərində olub. Şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 156 m2 olan obyektin 1-ci mərtəbəsinin tavanı 35 m2 sahədə yanıb. Obyektin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat 01:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Xəzər rayonunda da yanğın olub. Rayonda ümumi sahəsi 20 m2 olan gözətçi otağının dam örtüyünün yanar konstruksiyaları 10 m2 sahədə və içərisindəki əşyalar yanıb. Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Otağın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2756981.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR