Çöl pişiyi Kürdəmir sakininə hücum etdi

Çöl pişiyi Kürdəmir sakininə hücum etdi
04:26 8 Yanvar 2015
243 Sosial
Ölkə mətbuatı
A- A+

Kürdəmirdə 8 qaz və 3 ördəyi öldürən cöl pişiyi ev quşlarının sahibinə də hücum edib.

ANS TV-nin məlumatına görə, Kürdəmir rayonunun Təklə kənd sakini Babək Ağayevin təsərrüfatına vəhşi cöl pişiyi hücum edib. 11 ev quşunu öldürən çöl pişiyi həmin ev quşlarının saxlandığı yerə daxil olan Babək Ağayevin də üstünə hücum edib. O, bu zaman əlindəki yaba ilə vəhşi heyvanı öldürüb.

Babək Ağayev bildirir ki, bundan əvvəl də onun 52 ev quşunu vəhşi heyvanlar oldürüb. Zərərçəkən kimi, onun həmkəndliləri də vəhşi heyvanların hücumlarından ziyan gördüklərini deyirlər.

Sakinlər bildirirlər ki, vəhşi heyvanların kəndə hücumlarının qarşısını ala bilmirlər. Onlar bu işdə müvafiq qurumlardan kömək istəyirlər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=318325

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR