İranın yeni prezidenti kim olacaq?

İran xalqı öz yeni prezidentini seçmək üçün səs vermələrdə iştirak edib.

Metbuat.az xəbər verir ki, İranın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, seşkilərdə 40 milyondan çox insan iştirak edib.

Bildirilir ki, seçici aktivliyi 70%-ə yaxın olub. Hazırda İran prezidenti olan Həsən Ruhani siyahıda liderdir. Belə ki, Ruhani 14 milyon 620 minlə birinciliyini qoruyur.

Onun 4 milyon fərqlə İbrahim Reyisi - 10 milyon 125 min 855, Mustafa Mirsəlim - 297 min 276 və Haşimi Taba -139 min 331 nəticə ilə izləyir.

Qeyd edək ki, Ruhani ilk dəfə 18 milyon səslə qalib olmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR