Bu gün IV İslam Həmrəyliyi Oyunları çərçivəsində uşu yarışlarına start verilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, kişilər arasında yarışda Azərbaycanı Orxan Hətəmov (48 kq), Elçin Eminov (56 kq), Ruslan Pirəliyev (60 kq), Bayram Şəmmədov (65 kq), Vüqar Kərəmov (70 kq), Pərviz Abdullayev (75 kq), Rafael Tarverdiyev (65 kq) və Taleh İsayev (70 kq) təmsil edəcəklər.
Yarışlarda 17 ölkədən idmançılar mübarizə aparacaqlar.
Yarışlardan fotoları təqdim edirik:
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində