BNA: İslamiadanın bağlanış günü 430 avtobus ayrılacaq

BNA: İslamiadanın bağlanış günü 430 avtobus ayrılacaq
10:38 20 May 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi günü Bakı Nəqliyyat Agentliyi (BNA) 430 avtobus ayıracaq.

Publika.az xəbər verir ki, BNA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib ki, açılış mərasimində isə 350 avtobus fəaliyyət göstərib.

Onun sözlərinə görə, bütün avtobuslarda CPS sistemi quraşdırılıb.

O qeyd edib ki, açılış mərasimi günü sürücülər əvvəlcədən tibbi müayinədən keçirilib. 4 sürücüdə yüksək təzyiq olduğu, 1 sürücü isə sürət həddini aşdığı üçün sükan arxasından uzaqlaşdırılıb. Bağlanış mərasimi günündə də sürücülər əvvəlcədən tibbi müayinədən keçəcəklər. Avtobuslarda quraşdırılan CPS vasitəsi ilə avtobuslar izləniləcək, onların vaxtından əvvəl marşrutdan çıxmasının, sürət həddini aşmasının qarşısı alınacaq.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/199506.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR