Azərbaycan təmsilçisi Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində suya tullanma yarışının finalına yüksəlib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, idmançımız Atryom Danilov kişilər arasında 10 metr hündürlükdən suya tullanma yarışının təsnifat mərhələsində birinci yeri tutaraq finala vəsiqə qazanıb - 338.00.
Həmçinin finala türkiyəli Kıvanç Gür (291.60 xal) və iranlı Şahnam Nəzərpur (266.10) çıxıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində