Türkiyənin Bingöl rayonunda bir məktəbdə bədən tərbiyəsi müəllimi işləyən Ö.Y. oğlan şagirdini zorladığı iddiası ilə həbs olunub. Daha 3 şagirdin cinsi istismara uğradığı iddia edilir.
Milli.Az haberler-ə istinadən xəbər verir ki, Bingölün Genç mahalında bir şagird müəlliminin onu zorladığını ailəsinə deyib. Ailənin bədən tərbiyəsi müəllimi Ö.Y. haqqında şikayətindən sonra inzibati istintaq başladılıb.
Vəkillərin təlimatıyla hərəkətə keçən polis müəllim O.Y.-nı nəzarətə alıb. Ö.Y. polis bölməsində dindirildikdən sonra prokurorluğa aparılıb. Bədən tərbiyəsi müəllimi Ö.Y. oradan isə həbs olunaraq həbsxanaya göndərilib.
Edilən araşdırma zamanı 3 ildən bəri məktəbdə müəllimlik etdiyi ortaya çıxan O.Y.-nın eyni məktəbdə dərs deyən müəllimlə evli olduğu deyilir.
Məhəmməd Vaqif
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində