Onlarla qadın və uşağı vəhşicəsinə edam etdilər - İŞİD cəlladlığı - FOTO

Onlarla qadın və uşağı vəhşicəsinə edam etdilər - İŞİD cəlladlığı - FOTO
11:27 20 May 2017
110 Maraqlı
Ölkə mətbuatı
A- A+

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı Suriyanın Həma vilayətində bir neçə kəndə hücum edib. Hücumlar zamanı əsir alınan və girov götürülən dinc sakinləri terrorçular xüsusi amansızlıqla qətlə yetiriblər.

Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, sadəcə, bir kənddə, Aqarabada İŞİD terrorçuları 24 qadını və uşağı vəhşicəsinə öldürüblər.

Qadınların başları kəsilib, sonra onların cəsədləri şaqqalanıb. Uşaqları isə başlarını kərpiclə əzərək öldürən terrorçular onları tikə-tikə ediblər.

Ümumilikdə isə 4 kənddə 57 nəfər qətlə yetirilib.

Dəməşqlə Hələb arasındakı şossenin yaxınlığında, Səlamiyyə şəhərinin yanında yerləşən Aqaraba və Əl Məbuc kəndlərində İŞİD terrorçuları dinc sakinlərə qarşı daha amansız davranıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/546646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR