Rayon avtomobillərinin Bakıya girişinə qoyulan QADAĞA ilə bağlı YENİ XƏBƏR

Rayon avtomobillərinin Bakıya girişinə qoyulan QADAĞA ilə bağlı YENİ XƏBƏR
11:38 20 May 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

“2015-ci ildən Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının müvafiq qərarına əsasən, rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin yay aylarında saat 07.30-dan axşam saat 21.00-dək Bakıya daxil olmasına müəyyən məhdudiyyətlər tətbiq olunur. Həmin məhdudiyyətlər indiyə qədər qüvvədədir”.

Publika.az xəbər verir ki, bu barədə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi,Kamran Əliyev deyib.

Onun sözlərinə görə, Bakıda qeydiyyatı olmayan nəqliyyat vasitələrinin sürücüləri bilməlidirlər ki, Bakıya daxil olmaq istəyirlərsə, nəqliyyat vasitələrini şəhər girişində yaradılmış dayanacaqlarda yerləşdirməklə ictimai nəqliyyatdan, yaxud taksilərdən istifadə etməklə şəhərə gələ bilərlər:

"Rayonlardan gələn nəqliyyat vasitələri saat 21.00-dan sonra şəhərə daxil ola bilərdi. IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi müddətdə Bakıya daxil olma ilə bağlı məhdudiyyətin tətbiqi vaxtı fərqlidir. Rayon qeydiyyatı olan nəqliyyat vasitələrinin Bakıya daxil olmasına səhər saat 07.00-dan axşam saat 22.00-dək məhdudiyyət qoyulub”.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/199511.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR