DİQQƏT! Duz ilə arıqlaya biləcəksiniz

Yeni araşdırmaya görə, duz çəki atmağa yardım edir.

Metbuat.az xəbər verir ki, Amerikada yerləşən Vanderbilt universiteti araşdırmaçıları, Rus kosmonavtları kosmos simulyasiyası altında analiz aparıb.
“The Journal of Clinical Investigation”da dərc olunan nəticələrə görə, kosmonavtlar bəlli günlərdə daha çox duz istifadə etməklərinə rəğmən daha az su içib. Bu da duzun susatdığı fikrini alt-üst edib. Ancaq daha az su içmələrinə rəğmən heyət üzvləri eyni miqdarda sidiyə çıxıb. Bu da göstərir ki, kosmonavtlar maye istehsal etmək üçün daha çox yağ yandırıblar.

Başqa bir təcrübəyə əsasən, yüksək miqdarda duz yeyən siçanların daha çox kalori yandırdığı məlum olub. Ancaq mütəxəssislər yenə də ürək xəstəlikləri və iflic riskinə qarşı duz istehlakının gündə 6 qramı keçməməsini məsləhət görür.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR