Həbsxanadan qaçdı: uşaqlarının yanında həyat yoldaşını bıçaqladı - VİDEO

Həbsxanadan qaçdı: uşaqlarının yanında həyat yoldaşını bıçaqladı - VİDEO
11:52 20 May 2017
85 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Muğla rayonunun Fethiye mahalında, həbsxanadan qaçan Oğulcan A. mübahisə etdiyi həyat yoldaşına dönər bıçağı ilə xəsarət yetirib.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, Melek A. adlı qadın 2013-ci ilin avqust ayında ailəsinin razılığı olmadan qaçaraq ofisiantlıq edən Oğulcan A. ilə ailə həyatı qurub. Ev kirayəyə götürən cütlük, birlikdə ofisiantlıq edərək dolanışıqlarını təmin etməyə başlayıblar. Cütlüyün A.A. adlı qızı keçən il isə A.M.A. adını verdikləri oğlan uşaqları dünyaya gəlib.

Cütlük bir müddət sonra xeyli kasıblay. Oğulcan A. 2012-ci ildə törətdiyi zorakılıq əməlinə görə keçən ilin avqust ayında 2,5 il müddətinə həbs edilib. Bu məqamda Melek A. boşanma qərarı alıb. Həbsxanada görüşünə getdiyi həyat yoldaşına boşanmaq istədiyini deyən Melek A. müsbət cavab alınca iddia açmaq üçün hazırlıqlara başlayıb. Melek A. 2017-ci ilin 12 may tarixində Oğulcan A.-nın həbsxanadan qaçdığını öyrənib. 15 mayda Melek A-ya zəng edən Oğulcan A. uşaqlarını görmək üçün bir alış-veriş mərkəzinə gəlməyini istəyib. Uşaqları ilə birlikdə AVM-ə gələn Melek A.Oğulcan A. ilə görüşüb.

İddiaya görə, əvvəl uşaqları ilə görüşən Oğulcan A. daha sonra Melek A.-ya haqqında dedi-qodular olduğunu deyincə mübahisəyə başlayıblar. Əvvəldən gətirdiyi və gizlətdiyi dönər bıçağı ilə Melek A. -nın sol qıçına vurmağa başlayıb. Qəzəbli ər gənc qadından qucağındakı oğlunu buraxmağını istəyib. Qan içində olan Melek A. -nın köməyinə bir qadın gəlib. Oğulcan A.-nı nərdivandan aşağı itələyən qadın da ayağından yaralanıb. Oğulcan A. isə hadisə yerindən qaçıb. Lakin polislər cinayətkar əri saxlayıblar.

Melek A. qorxularının davam etdiyini ifadə edərək "Görəsən, gələcəkmi? Uşaqlarıma, ya da mənə zərər verəcəkmi?" qorxusu olmadan yaşamaq istəyirəm. Lazım olsa, uşaqlarım onu ​​heç tanımadan böyüsün. Xahiş edirəm, lazımi tədbirlər görülsün" deyib.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Həbsxanadan qaçdı: uşaqlarının yanında həyat yoldaşını bıçaqladı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/546669.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR