Almaniya XİN: AŞ-nın monitorinq institutlarının Dağlıq Qarabağa girişi təmin edilməlidir

Almaniya XİN: AŞ-nın monitorinq institutlarının Dağlıq Qarabağa girişi təmin edilməlidir
12:13 20 May 2017
56 Digər
Ölkə mətbuatı
A- A+

Avropa Şurasının monitorinq institutlarının Dağlıq Qarabağa və Azərbaycanın 7 ətraf rayonuna maneəsiz girişinin təmin olunmasının vaxtı çatıb.

Bu sözləri Almaniyanın Xarici İşlər Nazirliyinin dövlət naziri Mixael Rot AŞ Nazirlər Komitəsinin Kiprdə keçirilən 127-ci sessiyasında çıxışı zamanı deyib.

O çıxışında eyni vəziyyətin Abxaziya və Cənubi Osetiya, Denstryanı, həmçinin Krıma aid olduğunu da bildirib: “Rusiya tərəfindən ilhaq olunmuş Krımda, həmçinin Şərqi Ukraynada separatçıların nəzarətində olan ərazilərdə insan haqlarının vəziyyəti böyük narahatlıq yaradır. AŞ-nın insan haqları üzrə səlahiyyətlisinin və digər monitorinq institutlarının bu regionlara maneəsiz girişinin təmin olunmasının vaxtı çatıb”.

O, AŞ-nin baş katibi Tyorbörn Yaqlandı bu istiqmətdə qətiyyətli şəkildə öz səylərini davam etdirməyə çağırıb. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/199517.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR