Qarabağ münaqişəsini lentə alan amerikalı fotoqraf vəfat etdi - VİDEO

Qarabağ münaqişəsini lentə alan amerikalı fotoqraf vəfat etdi - VİDEO
12:28 20 May 2017
75 Dünya
Ölkə mətbuatı
A- A+

Amerikalı məşhur fotoqraf Stenli Qrin 68 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, fotoqraf 1980-ci illərdə müharibə zonalarında professional olaraq reportajlar hazırlamağa başlayıb.

1993-cü illərdə Qrin Ağ Evdə fəaliyyət göstərən tək qərbli fotoqraf olub. O, Berlin divarının yıxılmasını lentə alan ilk amerikalı fotoqraf olub.

Təhlükəli bölgələrdən çəkdiyi fotolara görə dəfələrlə "World Press Photo"-nun mükafatlarına laiq görülüb.

Stenli Qrinin Çeçenistan Respubliksında münaqişələr zamanı çəkdiyi fotoşəkillər toplusundan "Açıq yara" adlı kitabı dərc olunub.

Stenli Qrin Sudan, Əfqanıstan, Kəşmir, İraq, Livan və Ruanda da çəkilişlər edib, reportajlar hazırlayıb. Onun sözlərinə görə, münaqişələrin işıqlandırılması etirazların şəxsi formasıdır.

Məşhur fotoqraf eyni zamanda, Dağlıq Qarabağda baş verən qanlı hadisələri, tarixi münaqişələri lentə alıb.

2010-cu ildə Stenli Qrinin "Qara pasport"adlı tərcümeyi-halı dərc edilib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199518.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR