Lənkəran və Astarada avtomobil iki nəfəri vurub

Lənkəran və Astarada avtomobil iki nəfəri vurub
12:47 20 May 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran. 20 may. REPORT.AZ/ Lənkəran və Astarada avtomobil iki nəfəri vurub.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran şəhərinin Heydər Əliyev prospektində 14 yaşlı yeniyetməni avtomaşın vurub. Yaralı Türkan Məmmədzadə dərhal Lənkəran Diaqnostika Mərkəzinə aparılaraq müayinə olunub, sonradan Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Avtomaşınla vurulan daha bir yaralı Astara rayon Pensən kənd sakini 55 yaşlı Mustafayev Fərail Sədiyar oğlu da Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaxınlarının dediyinə görə, o, çəltik sahəsində işə gedərkən yeni salınan yolda yük maşını tərəfindən vurulub. Vəziyyəti ağır olduğundan F.Mustafayev reanimasiya şöbəsinə yerləşdirilib.
Hər iki fakt üzrə araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lenkeran-ve-astarada-avtomobil-iki-neferi-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR