Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Vaşinqtona
səfərindən sonra Türkiyə ordusu hərəkətə keçib.
Publika.az xəbər verir ki, Ərdoğan-Tramp görüşündə ABŞ-ın
YPG-yə (PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı) dəstəyi
dayandırması ilə bağlı razılıq əldə olunmadı. Türkiyə prezidenti
hər hansı hücuma sərt qarşılıq verəcəklərini açıqladı.
Daha sonra Türkiyə Silahlı Qüvvələri hərəkətə keçərək, Suriya və
İraq sərhədinə qoşun və zirehli texnika yeritdi. Hərbi mənbələr
Türkiyənin hər an müharibəyə başlaya biləcəyini hesab edirlər.
“Karar” qəzetinin əldə etdiyi məlumata görə, 7 min türk xüsusi
təyinatlısı Suriya sərhədində hücuma keçmək üçün hazır
vəziyyətdədir.
Asif