Lənkəran. 20 may. REPORT.AZ/ Lənkəranda tikintidə çalışan işçi hündürlükdən yıxılıb.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Haftoni qəsəbəsində aparılan tikinti obyektində baş verib.
Bakı şəhər sakini olduğu bildirilən, tikintidə usta kimi çalışan 24 yaşlı Xəzər Şahməmmədov hündürlükdə çalışarkən ehtiyatsızlıqdan yerə yıxılıb. Baş nahiyəsindən xəsarət alan yaralı müayinə olunarkən sağ ayağında sınıqlar olduğu da müəyyənləşib.