Şərqli zənginlər üçün ov maşını hazırlandı

Şərqli zənginlər üçün ov maşını hazırlandı
12:58 20 May 2017
77 Digər
Ölkə mətbuatı
A- A+

Nüfuzli avtomobil brendi olan “Bentley” ov üçün xüsusi maşın modelini hazırlayıb.

Publika.az xəbər verir ki, “Bentley Bentayga” adlı bu modelə ağac və dəridən hazırlanmış xüsusi avadanlıqlar əlavə edilib. Komplektə iki taxta əsaslı qutu əlavə edilib. Bunlardan biri ərzaq, içki və ov avadanlıqları üçün, digəri isə qara, laklı qutudur ki, burda ovda vazkeçilməz olan şahin quşu üçün yer ayrılıb. Elə avtomobilin ön işarəsi də şahinlə əvəzlənib.

“Bentley” şirkətindən bildirilib ki, avtomobil Yaxın Şərq üçün hazırlanıb. Çünki o ölkələrdə şahinlə ova çıxmaq zənginlərin həyat tərzidir.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqliavto/199519.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR