“Azərbaycanda könüllülük fəaliyyətinin gələcək inkişafı”

“Azərbaycanda könüllülük fəaliyyətinin gələcək inkişafı”
13:01 20 May 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Mayın 22-də BMT Könüllülük Proqramı və Gənclər və İdman Nazirliyi arasında Niyyət Məktubu imzalanacaq.

Bu barədə Trend-ə Nazirlikdən məlumat verilib.

“Azərbaycan Respublikası Höküməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformaların yaradılması haqqında layihə çərçivəsində 28-30 oktyabr 2014-cü il tarixlərində BMT İnkişaf Proqramı, YUNESKO, Baş Katibin Gənclər üzrə Elçisinin ofisi və Avropa Şurası ilə birlikdə Bakıda Gənclər Siyasəti üzrə Birinci Qlobal Forum keçirilib. Forumun yekunu olaraq dünyada gənclər siyasətinin istiqamətlərini müəyyən edən “Bakı öhdəlikləri” qəbul olunub.

Layihənin digər istiqaməti Azərbaycan BMT Modelinin institutlaşdırılması olub. Görülən işlər nəticəsində 9 ali məktəbdə BMT Modeli klubları yaradılıb, MilliMUN – BMT Modeli üzrə ilk milli konfrans, 2 yay məktəbi, NaxçıvanMUN, YouthMUN, o cümlədən universitetlər daxilindı BMT Modeli konfransları təşkil olunmuş, çoxsaylı təqdimat və təlimlər keçirilib.

Gənclərə verdiyi töhfəni, həmçinin əldə edilmiş uğurları və nailiyyətləri nəzərə alaraq layihənin davam etdirilməsi təşəbbüsü həm Gənclər və İdman Nazirliyi, həm də BMT İnkişaf Proqramı tərəfindən dəstəklənib. Layihə çərçivəsində Azərbaycanda BMT Modeli hərəkatının daha genişləndirilməsi ilə yanaşı, “Azərbaycanda könüllülük fəaliyyətinin gələcək inkişafı” adlanacaq yeni komponentin də əlavə edilməsi nəzərdə tutulub.

Bununla bağlı 5-8 mart tarixlərində Azərbaycan nümayəndə heyəti BMT Könüllülər Proqramının Almaniyanın Bonn şəhərində yerləşən qərargahına səfər edib, qurumun fəaliyyət istiqamətləri ilə tanış olub, müxtəlif yüksək dərəcəli məmurlar ilə görüşlərin keçirilmiş və BMT Könüllülər Proqramı ilə mümkün əməkdaşlığın perspektivləri və sahələri barədə müzakirələrin və fikir mübadiləsi aparılıb.

Bu müzakirələrin davamı olaraq BMT Könüllülük Proqramının İcraçı Koordinatorunun müavini Toily Kurbanov və qurumun Avropa ölkələri üzrə koordinatoru xanım Kristina Plesoianudan ibarət nümayəndə heyəti 22 may tarixində Bakıya səfər edəcək. Səfər zamanı BMT Könüllülük Proqramı və Gənclər və İdman Nazirliyi arasında Niyyət Məktubu imzalanması nəzərdə tutulur. İmzalanma 22 may saat 14.00-da BEGOC ofisində baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 iyul 2014-cü il tarixində 213 nömrəli “Azərbaycan Respublikası Höküməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformaların yaradılması haqqında Layihə Sənədinin təsdiq edilməsi barədə” Fərman imzalayıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2757082.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR