"Apple"dən inanılmaz

"Apple" standart pizza qutularının əvəzinə innovativ dizayna malik yeni qutular hazırlayıb.

Metbuat.az xəbər verir ki, şirkət rəhbərliyi bu addımı işçilərinin rahatlığı üçün atdığını bildirib. Bəyaz rəngli, dairəvi quruluşa malik pizza qutusu "pizza qoruyucusu" funksiyasını yerinə yetirir.

Buxarın pizzanı yumşaltmasına qarşı qutunun içərisində buxarı xaric etmək üçün 8 dəlik yerləşdirilib. Bu yolla pizzanın soyumasının qarşısı da alınmış olur.

Pizza qutusunun patentini 2010-cu ildə alan "Apple" 7 il sonra yeni texnologiyanı istehlakçılara təqdim etmiş olub.

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR