Kiyev Beynəlxalq Hava Limanında Azərbaycan mədəniyyət günü keçirilib

Kiyev Beynəlxalq Hava Limanında Azərbaycan mədəniyyət günü keçirilib
14:15 20 May 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə Kiyev şəhərinin Borispol Beynəlxalq Hava Limanında Azərbaycan mədəniyyət günü keçirilib.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyinə həsr olunmuş tədbirdə xalqımızın qədim tarixi, zəngin musiqi mədəniyyəti, milli mətbəxi və əsrarəngiz turizm imkanları nümayiş etdirilib. Gün ərzində dünyanın müxtəlif ölkələrindən Ukraynaya gəlib-gedən minlərlərlə sərnişin, bu dəfə Boristol hava Limanında Azərbaycanın qədim və zəngin musiqi sədaları altında qarşılanıb və yola salınıb.

Azərbaycan və Ukraynanın dövlət himnlərinin sədaları altında başlanan tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək xalqımızın qədim və zəngin adət-ənənələrindən söz açıb. Azərbaycanın inkişaf edərək qərblə şərqin multikulturalizm mərkəzlnə çevrildiyini bildirən səfir, Kiyev hava limanından dünayanın müxtəlif ölkələrinə gedən turistləri, qədim abidələr diyarı kimi tanınan odlar yurduna səyahət etmək fürsətini əldən verməməyə çağırıb.

Azərbaycanla Ukrayna arasında qurulmuş diplomatik əlaqələrin 25 illik uğurlarından söz açan, Azərbaycan parlamentlərarası dostluq qurupunun rəhbəri Maksim Kuryaçiy Borispol Beynəlxalq Hava Limanının baş direktoru Pavel Ryabkin və Ukrayna Nazirlər Kabinetinin nümayəndəsi Svetlana Podlesna ölkəmizin beynəlxalq arenada əldə etdiyi nailiyyətlərdən bəhs ediblər.

Azərbaycanı tolerantlıq və multikultral dəyərlərin vətəni adlandıran natiqlər son dövrlər Azərbaycan səfirliyinin həyata keçirdiyi rəngarəng tətbirlərin, ölkələr arasındakı dostluq əlaqələrinin mökəmləndirilməsi ilə yanaşı, Azərbaycanın zəngin mədəniyyətinin təbliğ olunmasına xidmət etdiyini bildiriblər.

Ukraynanın nüfuzlu televiziya və kütləvi informasiya vasitələrinin xüsusi maraq göstərdiyi tədbirdə Azərbaycanın tanınmış tarzəni Arslan Növrəslinin, gənc və istedadlı müğənni Vaqif Nağıyevin, Ukraynanın xalq artisti Qurban Abbasovun və Anna Mariya bacılarının ifasında geniş konsert proqramı nümayiş etdirilib. Azərbaycan milli rəqs ansamblının rəngarəng rəqsləri böyük maraqla qarşılanıb. Tədbirə qatılanlar Azərbaycanın milli yeməkləri və şirniyyatlarına qonaq edilib. Dünyanın müxtəlif ölkələrinə gedən sərnişinlərə Azərbaycanın qədim tarixini və əsrarəngiz turizm imkanlarını özündə əks etdirən foto bukletlər təqdim olunub.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2757106.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR