Abşeronda ər-arvadı şantaj edib 31 min manatını alanlar tutuldular

Abşeronda ər-arvadı şantaj edib 31 min manatını alanlar tutuldular
14:22 20 May 2017
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeronda ər-arvadı şantajla hədələyib pul almaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, mayın 9-da Xırdalan şəhər sakinləri olan ər-arvad Abşeron RPİ-yə müraciət edərək 2012-ci ilin fevralından cari ilin may ayınadək olan müddətdə Saray qəsəbə sakinləri Nizami Cəfərov Kamil Muxtarovun barələrində rüsvayedici məlumatlar yayacaqları ilə hədələyərək onlardan ümumilikdə 31 min manat pul almalarını bildiriblər.
 
Abşeron RPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində N.Cəfərov və K.Muxtarov tutulublar.
 
Faktla əlaqədar cinayət işi başlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/546740.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR