"Guya konsert edib Hüseyn Dəryanın pulunu verməmişəm"

"Guya konsert edib Hüseyn Dəryanın pulunu verməmişəm"
14:27 20 May 2017
162 Şou
Ölkə mətbuatı
A- A+

Aparıcı Murad Dadaşov bu gün jurnalistlərlə görüşüb.

Milli.Az-ın axşam.a istinadən məlumatına görə, o, illər əvvəl şouda iştirak etmiş mərhum reper Hüseyn Dərya haqqında danışıb:

"Hüseyn Dəryanı çağırmağımız təəccüb doğurdu, müxtəlif ittihamlar oldu. Dedilər, nəyə lazımdır, onu niyə çağırısan? Amma onu çox istəyirdim".

O, İradə İsakın verilişində səslənən ittihamlar barədə suallara belə cavab verib:

"Guya mən konsert edib Hüseyn Dəryaya pul verməmişəm. Niyə belə yalan dedilər, bilmirəm. Konserti öz hesabıma etmişdim. Bunu Kənan MM də bilir. Səbəbini bilmirəm, sadəcə, ürəyimdən keçdi, etdim. Konsertdə repertuar az idi, oraya gənc ifaçı da saldıq. O, ifaçı Eldar Qasımov idi. Heyf, Hüseyni ətrafı qoruya bilmədi. Gücləri çatmadı".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/546746.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR