Hindistanda 170-ə yaxın insan isti havanın qurbanı olub

Hindistanda  170-ə yaxın insan isti havanın qurbanı olub
14:27 20 May 2017
78 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 may. REPORT.AZ/ Cair il aprelindən 1-dən havaların isti keçməsi səbəbindən Hindistanın Telanqan ştatında azı 167 nəfər ölüb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, son günlər Telanqanda termometrlərin göstəriciləri 40 dərəcədən aşağı düşməyib.
İlin mart-may ayları Hindistanda isti keçir. 2016-cı ildə 700-ə yaxın sakin havaların isti keçməsi nəticəsində ölüb. Məlumata görə, daha çox Telanqan və Andxra-Pradeş ştatlarının sakinləri isti havaların qurbanı olur.
2015-ci ildə havaların isti keçməsi nəticəsində 600-ə yaxını Telanqan sakini olmaqla 2, 3 min nəfər həyatını itirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/hindistanda-170-e-yaxin-insan-isti-havanin-qurbani-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR